Marketinq və satış sahəsində işləyən insanların çox saylı vacib xüsusiyyətlərindən biri də təqdimat etmək qabiliyyətidir. Təqdimat etmək bacarığı zəif olan sahibkarların uğur qazanma ehtimalının az olduğu hamıya bəllidir. Effektiv təqdimat bacarıqları təliminə qatılmaqla şəxsi təqdimat bacarıqlarınızı inkişaf etdirməklə yanaşı eyni zamanda biznesinizin tez bir zamanda inkişaf etməsini təmin etmiş olacaqsınız.
Təlim şirkət rəhbərlərinə, işçi heyəti üzrə menecerlərə, PR-menecerlərə, şirkət psixoloqlarına və məsləhətçilərinə hədəflənib.
Bu kurs iki günlük təlim vasitəsilə təqdim edilir və iki əsas elementdən ibarətdir: 1. Təlim - kursun müəllimi tərəfindən materialların təqdim edilməsi. 2. Təcrübə - MTA təlim vasitələrindən istifadə edərək testlər, praktiki nümunələr, qrup oyunları.