Bankların bütün prosesləri üçün nəzərdə tutulan qanunlar, təlimatlar, prinsiplərin detallı izahı tədris olunur. Bank qanunvericiliyi ilə yanaşı iqtisadi terminlər, bankla paralel digər hüquqi aktlar, Mülki Məcəllədə kredit təşkilatlarının fəaliyyətinə daxil olan maddələr, maliyyə hesabatlarının beynəlxalq standartlarında son dəyişiklikləri də mündəricata daxil edilmişdir.
Bankda inzibatçı vəzifəsinə namizədlər (idarə heyətininin üzvləri, daxili auditin rəhbəri, baş mühasib, baş mühasibin müavini, filial müdirləri, filial müdirlərinin müavinləri üçün nəzərdə tutulub.
Attestasiya üçün lazım olan bütün materiallar - nümunələr, suallar, praktiki işlə daha da möhkəmləndirilib.Testlər vasitəsi ilə imtahana hazırlıq səviyyələrinin ölçülməsi, yazılı və şifahi imtahanların keçirilməsi nəzərdə tutulub.