Vəzifələrin təşkilatdakı dəyərlərinə görə qiymətləndirilməsi, müqayisə edilməsi üçün ədalətli mexanizm yaratmaq , digər insan resursları funksiyalarının inkişaf etdirilməsi üçün çox vacib element olan vəzifə dərəcələndirmə təlimi. Təlim, iştirakçılara, təşkilatlarının bazar mövqeyinə uyğun olan və rəqabətcil əmək haqqı strukturunun hazırlanması üçün lazımi metodiki, praktiki bilikləri təmin edir.
Nə üçün inteqrasiya olunmuş:
Təlim aşağıdakı sadalanan auditoriya üçün nəzərdə tutulur: İnsan resursları funksiyasının rəhbərləri, insan resurslarının mənfəət və mükafatlarının idarə olunması sahəsindəki mütəxəssislər və ekspertlər, əməliyyat xərclərinin içərisində böyük paya malik olan insan resursları xərclərinin effektivliyini artırmaq istəyən şirkət rəhbərləri.
Təlimdə iştirakçılara vəzifə dərəcələndirmə üçün lazım olan biliklər daha çox praktiki və qrup çalışmaları vasitəsi ilə təqdim olunacaqdır. Praktiki çalışmalarda iş qiymətləndirmə prosesi, istənilən təşkilatda istənilən vəzifəni qərəzsiz dərəcələndirməyə imkan verən avtomatlaşdırılmış JET sistemində vəzifə dərəcələndirmənin aparılması, performans əsaslı əmək haqqı sisteminin tətbiq olunması, əmək haqqı siyasətinin formalaşdırlması iştirakçılara hərtərəfli, zəruri bilikləri qazandırmış olacaq.