İnsan resurslarında sənədləşmə, praktiki işin təşkili, yeni metodların tətbiqi, qanunvericilik ilə bağlı müxtəlif yolların izahı nəzərdə tutulub.
Şirkət, Bank, Bank olmayan kredit təşkilatları, Kredit ittifaqlarının əmək haqqı ilə məşğul olan mühasibləri,İnsan resurslarında çalışan bütün mütəxəssislər, yeni işə başlayanlar və ya İnsan resursları sahəsində kariyerasını planlaşdıranlar üçün nəzərdə tutulub.
Təlim zamanı qanunvericiliklə paralel cari vəziyyət, praktiki işdə yanaşmalar təhlil edilir, testlər, şifahi sual-cavab, qrup çalışmaları ilə biliklər daha da möhkəmləndirilir. Təlim zamanı iştirakçılar mövcud bacarıq və təcrübələrini nümayiş etdirirlər, yeni bilik və onların tətbiq üsullarını əldə edirlər.