Təlim proqramı İnsan Resurslarının idarə edilməsinin əsas istiqamətlərini özündə birləşdirən istedadların idarə olunması ilə bağlı beynəlxalaq təcrübələrə əsaslanır. Təlimdə iştirakçılara performans menecment, performans əsaslı mükafat sistemi, davamçıların idarə olunması və işçilərin potensialının müəyyən olunması ilə bağlı praktiki biliklər təmin olunacaq.
İnsan resursları, mütəxəssislər və rəhbərlər üçün nəzərdə tutulur.
Təlim zamanı performans menecment, performans əsaslı mükafat sistemi, davamçıların idarə olunması, işçilərin potensialının müəyyən olunması ilə bağlı tətbiq olunan Praktiki çalışmalar və effektiv qrup çalışmaları bilikləri daha da möhkəmləndirir. Təlim zamanı iştirakçılar mövcud bacarıq və təcrübələrini nümayiş etdirir, yeni biliklər əldə edir, onların tətbiqi üsullarını müəyyən edirlər.