Təşkilati Dizayn

Təşkilati Dizayn

Təşkilati dizayn haqqında böyük təcrübə və uzun müddət ərzində aparılan araşdırmaların nəticəsində, təlim iştirakçılarına təşkilati dizaynın mahiyyəti, təşkilatın təhlil edilməsi, təşkilati strategiyaya uyğun lazımı metodiki biliklərin təmin edilməsi nəzərdə tutulub. 

Təlimin auditoriyası

Təşkilat rəhbərləri, funksiyaların rəhbərləri və İnsan resursları funksiyasının rəhbərləri üçün nəzərdə tutulur.

Təlim zamanı təşkilati strukturların analizi və qiymətləndirilməsi üçün praktiki çalışmalar və effektiv modelin formalaşdırlması üzərində qrup çalışmaları ilə təmin olunan biliklər daha da möhkəmləndirilir. Təlim zamanı iştirakçılar mövcud bacarıq və təcrübələrini nümayiş etdirirlər, yeni bilik və onların tətbiq üsullarını əldə edirlər.

Modul 1
Zəif təşkilati dizaynın əsas xüsusiyyətləri
Modul 2
Effektiv təşkilati dizaynın xüsusiyyətləri
Modul 3
Təşkilati strukturun növləri
Modul 4
Təşkilati strukturun modelləri
Modul 5
Təşkilati dizayn dəyişikliyi qərarını necə və nə zaman verək
Modul 6
Təşkilati dizaynın əsas qaydaları
Modul 7
Təşkilatın təhlili necə aparılmalıdır
Modul 8
Təşkilatın planlaşdırılması necə həyata keçirilir
Modul 9
Uğurlu təşkilati dizayn əldə etmək üçün əsaslar
Modul 10
Təşkilati dizayn üçün praktiki həllər