BİRLƏŞMİŞ KRALLIQDA TƏHSİL

Birləşmiş Krallıq – həm təhsil, həm də iş üçün ən cəlbedici məkanlardan biridir. Heç kimə gizli deyil ki, Böyük Britaniyada Oksford və Kembric kimi nəhəng adları olan, dünyanın ən yaxşı universitetləri var və sadəcə bu fakt, Böyük Britaniyada təhsil almaq üçün səbəbdir. Statistikaya görə, Böyük Britaniya, beynəlxalq tələbələr üçün dünyanın ikinci ən məşhur məkanıdır və London dünyanın tələbələr üçün ən yaxşı şəhəri hesab olunur.

Niyə Birləşmiş Krallıqda təhsil almalıyam?

Birləşmiş Krallıqda təhsil alan zaman biliklərinizi genişləndirmək, yeni mədəniyyətlər və yeni insanlar ilə tanış olmaq imkanı əldə edəcəksiniz. Siz mükəmməl tələbə həyatını yaşamaq üçün unikal şans ilə bərabər, universitetinizin saysız-hesabsız üstünlüklərini əldə edəcəksiniz.

Əsas üstünlük ondan ibarətdir ki, siz, 25 ixtisas fənni üzrə 50.000-dən çox təhsil kursu seçə bilərsiniz.

Birləşmiş Krallığın təhsilin keyfiyyəti sarıdan bəxti gətirib və ali təhsil üzrə dünyada öz ən aparıcı mövqeyini qoruyub saxlayır. Birləşmiş Krallıq ən yüksək ixtisaslı müəllimlərlə yanaşı, birinci dərəcəli infrastruktur və mükəmməl elmi araşdırma obyektləri ilə də təchiz olunub.

Sizdən tələb olunan bütün sənədləri təqdim etdiyinizə əmin olun:

  • Ərizə forması
  • Orta məktəbi bitirmə haqqında attestat
  • Müvəffəqiyyət kitabçası (qiymət cədvəli)
  • Akademik Qiymətləndirmə Testi (SAT)
  • SAT Fənn Testi
  • Dil bilikləri: IELTS/ TOEFL
  • Tövsiyə məktubları
  • Fərdi Bəyanat
  • Tərcümeyi-hal (CV)
  • Qəbul imtahanları
  • Müsahibə
  • Yenilənmiş xarici pasport
  • Təhsiliniz üçün ödənişlərin təsdiqi

Birləşmiş Krallıqda fərqli təhsil kursları imtahan ballarının fərqli səviyyəsini tələb edir

  • Ali təhsil müəssisəsinə hazırlıq proqramları:
    - Ən azı IELTS kateqoriya 5.5, heç bir komponent 5.5-dən az ola bilməz.
  • Yuxarı (sonuncu) kurslar:
    - Ən azı IELTS kateqoriya 6.0, heç bir komponent 6.0-dan az ola bilməz.
  • Universitetdən sonra təkmilləşmə kursları:
    - Ən azı IELTS kateqoriya 6.5–7.0.

Beynəlxalq tələbələr üçün təhsil haqları, Birləşmiş Krallıqda həm özəl, həm də dövlət universitetlərində bakalavr dərəcələrindən asılı olaraq, adətən illik 7,000 - 40,000 Avro civarında dəyişir.