StudyLab Təhsil və İnkişaf Mərkəzi XXI əsrdə insanın əsas məqsədini səmərəlilikdə, yəni inkişaf etməkdə, öyrənməkdə və imkanlarını maksimum dərəcədə artırmaqda görən və buna inanan peşəkar təlimçilər və iş adamları tərəfindən 2019-cu ildə yaradılmışdır.
Biz uzunmüddətli əməkdaşlıq etməyə çalışırıq; özəl, ictimai və dövlət təşkilatları üçün ən yüksək səviyyədə təlim, təhsil və ixtisaslaşdırma proqramlarının hazırlanmasına və keyfiyyətinin qorunmasına diqqət yetiririk.
StudyLab, öz təhsilini, asudə vaxtını və dünyagörüşünü təkmilləşdirmək arzusunda olan hər kəsin 1 nömrəli seçimi olmaq üçün bütün resurslarından istifadə edir. Biz, Azərbaycanda istənilən mütərəqqi fikir sahibi üçün üstünlük verilən və sevilən platforma ola bilərik. StudyLab olaraq, qapılarımız hər zaman, bizim platforma ilə maraqlanan, ondan yararlanmaq istəyən hər kəsin üzünə açıqdır.
StudyLab – inkişaf etmək, özünü təkmilləşdirmək, təhsilini və dünya görüşünü yüksəltmək istəyən hər kəs üçün mükəmməl seçimdir. Yaşından, maraqlarından və imkanlarından asılı olmayaraq, hər kəs burada ən sərfəli qiymətlərlə özünütəkmilləşdirmə mənbəyi tapacaq. İstər özünüz, istərsə də bütövlükdə ailənizin maariflənməsi və təhsili, dünən, bu gün və sabah haqqında bilmək istədikləriniz, korporativ biliklərdən başlayaraq şəxsi inkişafa qədər her şey sadəcə bir məkanda, StudyLab mərkəzindədir.
StudyLab əqli, mənəvi, şəxsi və korporativ həyat üçün lazım olan növbəti əsas dəyərləri dəstəkləyir:
Maariflənmə: Biz maariflənməyə inanırıq. İnsanın başlıca vəzifəsi hər gün mənəvi zənginləşməkdir. Əvvəlcə bu tərbiyə ilə başlayır, daha sonra təhsil, sonra peşəkar özünütəkmilləşdirmə və nəticə etibarilə, maariflənmə və təcrübə mübadiləsi davam edir. StudyLab olaraq, biz, hər kəsə bu ehtiyacı əvvəldən sona kimi, tam reallaşdırmağa imkan veririk.
Müştərilərimizin etibarı: Bizim üçün hər şeydən əvvəl, müştərilərimizin etibarını qazanmaqdır. Öhdəliklərinizi bütünlüklə bizə həvalə edə bilərsiniz və əmin olun ki, StudyLab, qarşılıqlı anlaşma və hörmət üzərində qurulmuş əməkdaşlığın maksimal rahat şərtlərini təmin etmək üçün öz səylərini əsirgəməyəcəkdir.
Qayğı: Biz sizin qayğınıza qalırıq. Qayğı şirkətimizin başlıca təməl prinsipidir. Bu isə o deməkdir ki, biz daim dialoqları dəstəkləyirik. Bütün suallarınıza cavab vermək, sizin üçün ən yaxşı imkanları tapmaq üçün biz daim öz üzərimizdə işləyirik.
Müasirlik: Biz, mütərəqqi və yaradıcı ideyaları dəstəkləyirik. Bu bizim “qanımızdadır”. Seçdiyimiz hər bir təhsil proqramı, təhsil mərkəzimiz, təcrübə proqramlarımız, eləcə də təklif etdiyimiz hər bir tədbirdə, müasirlik özünü əks etdirir.
Fərdi yanaşma: Seçdiyimiz biznes yanaşması çərçivəsində, biz, hər bir müştəri üçün onun bütün sorğularının yerinə yetirilməsini təmin edəcək fərdi proqram yaradırıq.
Xaricdə bütün səviyyələrdə müxtəlif ixtisas istiqamətlərini əhatə edən təhsil və təcrübə
İxtisaslaşdırılmış beynəlxalq proqramlar
Təşkilati məsləhət (fərdi kouçinq)
Kiçik və orta miqyaslı şirkətlərin diqqətini çəkəcək xidmətlər.
Dövlət orqanları üçün kadrların hazırlanması və ixtisasın dəyişdirilməsi üçün ixtisaslaşdırılmış proqramların yaradılması
Yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə beynəlxalq seminarların, master-klassların və konfransların təşkili
Timbildinq və korporativ tədbirlərin təşkili və keçirilməsi
İqtisadiyyat və idarəetmə sahəsində mütəxəssislərin formalaşması üçün müasir təlim mühitinin yaradılması
Müxtəlif sahələrdə tətbiq olunan təcrübələr, müasir metodikalar və alətlər