Biz, ali məktəblərə qəbul prosesini şəxsiyyətin inkişafı kimi nəzərdən keçiririk: Başlıca vəzifəmiz:
Xaricdə təhsil: addım-addım prosedurlar
1. TƏHSİL MƏKANIN SEÇİN
Təhsil almaq istədiyiniz ölkənin seçilməsi ilk addımdır. Ən azı ona görə ki, xaricdə təhsil – sadəcə təhsildən ibarət deyil, həm də fərqli bir ölkədə yaşamaq deməkdir!
Bu gün siz dünyanın istənilən ölkəsində təhsil almaq üçün bizə müraciət edə bilərsiniz.
2. TƏHSİL İSTƏKLƏRİNİZİ SEÇİN
StudyLab hər bir tələbə və valideynin istəklərinə uyğun olaraq dünyanın bir çox universitetlərində təhsil almaq üçün lazımi əlaqələrin yaradılmasına və müraciətlərin edilməsinə köməklik göstərir.
İstəklərinizə uyğun olaraq seçdiyiniz ölkə və ya şəhərdə fəaliyyət göstərən bütün təhsil ocaqlarının siyahısı sizə təqdim olunacaq.
3. TƏHSİL ÜÇÜN SİZƏ UYĞUN OLANI SEÇİN
İstəklərinizi qeyd etdikdən sonra biz sizin arzuladığınız ölkələrdəki universitet və ixtisaslar, qəbul şərtləri və lazım olan imtahan nəticələri haqqında sizə ətraflı məlumat veririk. Daha sonra StudyLab sizin seçimlərinizə uygun olaraq universitetlərə müraciət prosesini başladır.
4. TƏQAÜD AXTARIŞLARI
Biz seçilmiş təhsil müəssisəsinə qəbul üçün sənədlərin keyfiyyətini yoxlayır və tələbələrə müxtəlif ölkələrin seçilmiş universitetlərindən təhsil təqaüdləri və ya hər hansı maliyyə dəstəyi almasına köməklik göstəririk (təbii ki, tələbə, təhsil təqaüdləri və ya hər hansı maliyyə dəstəyi üçün müəyyən şərtlərə uyğun olmalıdır).
5. MÜRACİƏT PROSESİNİN İDARƏ EDİLMƏSİ
Biz müraciət üçün lazım olan bütün sənədlərin düzgün hazırlanmasından, universitetlərə təqdim edilənədək olan prosesi öz öhdəliyimizə götürürük. Minimal zaman kəsiyi ərzində təhsil üçün uyğun məlumatları əldə edəcəksiniz.
Müraciətinizi idarə edə biləcək peşəkar komandamıza etibar edə bilərsiz.
6. TƏHSİL MƏQSƏDLƏRİ HAQQINDA BƏYANAT
Dəqiqliklə hazırlanmış müraciət formu və motivasiya məktubu hər zaman universitet müraciətlərində sizi bir addım irəli aparır. Biz tələbələrimizin seçim etdikləri universitetlərə qəbul olması üçün lazımlı əlavə sənədlərin yüksək səviyyədə hazırlanmasına köməklik göstəririk.
7. VİZA
Əgər seçdiyiniz ölkədə bir neçə ay və ya daha uzun müddət təhsil almaq istəyirsinizsə, sizə tələbə vizası lazim olacaq.
Studylab sizə xüsusi olaraq viza üçün müraciət prosesinin stress və çaşqınlığından qurtulmaq üçün hazırlanmış kompleks viza dəstək xidmətlərini təklif edir.
8. TƏYİNAT ÖLKƏSİNƏ UÇUŞ
Nəhayət uçmaq vaxtıdır! StudyLab səyahətinizin təhlükəsiz və rahat olmasını təmin etmək üçün geniş xidmətlər spektrini təqdim edir.
Biz səyahət üçün tibbi sığorta, habelə səfərlə bağlı bütün zəruri tələblərə dair məsləhət və digər xidmətləri təqdim edirik.
-StudyLab Tələbə Dəstək Mərkəzinin heyəti hər zaman hamının ən ümdə maraqlarına uyğun xidmət göstərir və bu yolun hər bir mərhələsində tələbələrə peşəkar ekspert dəstəyi təqdim edir.
-StudyLab Tələbə Dəstək Mərkəzinin heyəti, Tədris Mərkəzində olduğunuz müddətdə sizə kömək edəcək və universitetə qəbul olmaq üçün hazırlıq istiqamətində sizə bir sıra xidmətlər təklif edəcək. Buna aşağıdakılar daxildir: