TÜRKİYƏDƏ TƏHSİL

Türkiyədə ali təhsil sistemi son bir neçə onillikdə həm keyfiyyət, həm də kəmiyyət baxımından əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu gün Türkiyə universitetləri beynəlxalq tələbələr üçün ən müxtəlif ixtisaslar və seçimlər təklif edir.
Türkiyənin ali təhsil sisteminin keyfiyyəti beynəlxalq reytinq siyahılarında da öz əksini tapıb. Bu qədər tələbə sayı ilə, Türkiyə, Avropanın ali təhsil məkanında ən çox tələbəsi olan ilk ölkədir.

206 universitetdən hansına gedəcəyinizdən asılı olmayaraq, siz hər yerdə ən son texnika ilə təchiz olunmuş müasir və rahat şəhərcikdə tələbə həyatı yaşayacaqsınız.

Niyə Türkiyədə təhsil almalıyam?

Türkiyə universitetləri yüksək keyfiyyətli təhsil proqramları təklif edir və Avropa təhsil məkanının ayrılmaz tərkib hissəsi sayılırlar. Mühəndislik, tibb, biznes, humanitar elmlər və maliyyə proqramları daxil olmaqla, ingilis dilində proqramlar təklif edən universitetlərin sayı get-gedə artır.

Türkiyə bir çox müxtəlif beynəlxalq platformaların üzvü olmaqla yanaşı, 2001-ci ildən etibarən Bolonya prosesinin də bir hissəsidir. İlk əvvəl, bu o deməkdir ki, bütün tələbələr öz təhsillərini AKTS (Avropa Kredit-Transfer Sistemi, ing. ECTS) olan digər ölkələrdə davam etdirə, ikincisi isə, digər ölkələr tərəfindən tanınan diplom əldə edə bilərlər.

Bu günün tələbkar qlobal bazarını nəzərə alaraq, Türkiyədə sizin üçün təqaüd almaq baxımından geniş və müxtəlif imkanlar mövcuddur.

Sizdən tələb olunan bütün sənədləri təqdim etdiyinizə əmin olun:

  • Ərizə forması
  • Orta məktəbi bitirmə haqqında attestat
  • Müvəffəqiyyət kitabçası (qiymət cədvəli)
  • Akademik Qiymətləndirmə Testi (SAT)
  • SAT Fənn Testi
  • Dil bilikləri: IELTS/ TOEFL
  • Tövsiyə məktubları
  • Niyyət (Motivasiya) Məktubu
  • Tərcümeyi-hal (CV)
  • Qəbul imtahanları
  • Müsahibə
  • Yenilənmiş xarici pasport
  • Təhsiliniz üçün ödənişlərin təsdiqi

Beynəlxalq tələbələr üçün təhsil haqları, seçdiyiniz təhsil müəssisəsinin dövlət və ya özəl universitet olmasından asılı olaraq, adətən illik $300 - $25,000 ABŞ dolları civarında dəyişir.