AVROPADA TƏHSİL

Xaricdə təhsil almağı düşünən hər bir tələbə, Avropanın dünyada səviyyəli və nüfuzu təhsil məkanlarına malik olduğunu çox yaxşı bilir. Dünyanın ən yaxşı universitetlərinin evi olmaq və öz mövqeyini qorumaq niyyəti, Avropanın böyük populyarlıq qazanmasının başlıca səbəbidir. Avropanın 10 ən aparıcı universiteti, həm də dünyanın ən yaxşı universitetləri sayılır. Xaricdə təhsil almaq istəyən tələbənin ilk növbədə niyə məhz Avropanı seçməsini anlamaq o qədər də çətin deyil.

Niyə Avropada təhsil almalıyam?

Avropa – uzunmüddətdir ki, xarici tələbələrin təhsili üçün ən klassik istiqamətə çevrilib. Avropa , Parisdə fransız dilinin öyrənilməsindən başlayaraq, Londonda biznes ixtisasının mənimsənilməsinə qədər ən mükəmməl xaricdə təhsil xidmətlərini təklif edən ölkələrin ən məşhurlarını və ən yaxşılarını özündə cəmləşdirir.

Hər il Avropa universitetlərinə hədsiz sayda tələbə qəbul olur. Onların arzusu – Avropada təhsil almaqdır. Çünki, məhz bu təhsil, onlara Avropanın əmək bazarına çıxış və xaricdə özünü təsdiqləmə imkanı verir.

Digər bir cəlbedici xüsusiyyət ABŞ və digər ölkələrlə müqayisədə, qiymətlərin münasib olmasıdır. İxtisas fənni, büdcə və ya xaricdə təhsil məqsədinizdən asılı olmayaraq, şübhəsiz ki, siz öz müxtəlifliyi ilə seçilən balaca Avropada özünüzə ən münasib proqram tapa bilərsiniz.

Sizdən tələb olunan bütün sənədləri təqdim etdiyinizə əmin olun:

  • Ərizə forması
  • Orta təhsil haqqında attestat
  • Müvəffəqiyyət kitabçası (qiymət cədvəli)
  • Akademik Qiymətləndirmə Testi (SAT)
  • SAT Fənn Testi
  • Dil bilikləri: IELTS/ TOEFL
  • Tövsiyə məktubları
  • Niyyət (Motivasiya) Məktubu
  • Tərcümeyi-hal (CV)
  • Qəbul imtahanları
  • Müsahibə
  • Yenilənmiş xarici pasport
  • Təhsiliniz üçün ödənişlərin təsdiqi

Beynəlxalq tələbələr üçün təhsil haqları, proqramın tipindən və ixtisas sahəsindən asılı olaraq, adətən illik 1,000 - 30,000 avro civarında dəyişir.