Bu imtahan Türkiyədə ali məktəb müəllim və tədqiqatçılarının, magistratura və doktorantura təhsili almaq istəyənlərin və xaricə göndəriləcək magistratura tələbələrinin seçilməsi üçün keçirilir.
Türkiyədə ali təhsilin magistratura və doktorantura pillələrini tezli olaraq (diplom işi yazılaraq – tezisli) qazanmaq istəyən həm türkiyə həm də xarici ölkə vətəndaşları bu imtahanda iştirak etməlidirlər. Tezsiz bölümlərin çoxunda ALES tələb olunmur. İmtahana bakalavr və magistratura məzunları ilə son kurs tələbələri müraciət edə bilərlər.
İmtahan ÖSYM (Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi) tərəfindən ildə yaz və payız olmaqla ilde 2 dəfə keçirilir ve bu imtahanlar Ales ilkbahar sınavı və Ales sonbahar sınavı olaraq adlandırılır. İmtahana qeydiyyat təqribən 2 ay əvvəl edilir.
ALES İmtahanin müddəti: 150 dəqiqə / nəticəsi 3 il etibarlıdır.
İmtahan ödənişi: 90 TL
İmtahan test üsulu ilə keçirilir: 2 dəqiq və 2 humanitar bölümdən ibarətdir.
Sayısal (Dəqiq elmlər) – 1 və 2 testlərinin hər biri 40 sual, Sözel (Humanitar) 1 və 2 testlərinin hər biri 40 sualdır. Toplam 160 sual cavablandırılır. Sayısal bölüm riyaziyyat (cəbr+həndəsə) və riyazi məntiq sualları; Sözəl bölüm Türk dili və humanitar (sözel) məntiq suallarından ibarətdir.
İmtahanın müddəti 180 dəqiqədir. İmtahana giriş üçün heç bir məhdudiyyət qoyulmamışdır.