TestDaF

TestDaF –Almaniya universitetlərinə daxil olmağı arzu edən xarici abituriyentlərin verdiyi alman dili bilikləri üzrə beynəlxalq imtahandır. Bu, digər beynəlxalq dil imtahanlarına analoji olaraq, dinləmə, oxu, yazı və danışıq kimi dörd bərabər bölməyə bölünmüş standartlaşdırılmış testdir.
İmtahanın keçirilməsi üçün 3 saat 10 dəqiqə vaxt ayrılır. TestDaF bütün dünyada, ilin müəyyən müddətlərində, 6 dəfə keçirilir. Əgər TestDaF imtahanının dörd bölməsinin hər birində TDN 4 səviyyəsinə nail olmusunuzsa, bu halda, Almaniyanın ali məktəblərində təhsil almağa başlaya bilərsiniz (təbii ki, təhsil müəssisəsinin digər tələblərinə riayət etmək şərti ilə). Əgər sizin səviyyə TDN 5-dirsə, bu zaman alman dili bilikləriniz, orta səviyyədən yuxarı kimi qiymətləndirilir.
TestDaF sertifikatı qeyri-məhdud müddət ərzində etibarlı sayılır.


QRUP MƏŞĞƏLƏLƏRİ

  • Həftədə 2 və ya 3 dəfə keçirilir.
  • Hər məşğələ 1,5 akademik saat olmaqla (90 dəqiqə) davam edir.
  • Kursun müddəti: 3-6 ay davam edir.

FƏRDİ MƏŞĞƏLƏLƏR

  • Məşğələlərin tezliyini özünüz seçirsiniz.
  • Tədris proqramı sizin ehtiyaclarınıza uyğun olaraq tərtib edilir.
  • Məşğələlərin vaxtını özünüz seçirsiniz.

Ödənişsiz DEMO Dərslərə Müraciət Edin:

  • Demo dərsə qatılmaqla siz kurs proqramı və Təlim-Tədris metodologiyamız ilə yaxından tanış ola bilərsiniz.
  • Müəllimlə tanış olub, onun şəxsi və peşə biliklərinə bələd olub, suallarınızı birbaşa ünvanlaya bilərsiniz.
  • Dərsə qatılaraq dərs mühitini hiss edib , təhsil mərkəzimizin rahatlığını şəxsən görə bilərsiniz.
TestDaF