GMAT - biznes məktəblərində uğurla təhsil almaq üçün bacarıqların təyin edilməsi üzrə standartlaşdırılmış testdir. GMAT bütün dünyada seçim meyarlarından biri kimi ən nüfuzlu biznes məktəbləri tərəfindən, daha çox MBA proqramlarına qəbul üçün istifadə olunur. Bu testdən əlavə iş təcrübəsi, əvvəlki məktəblərdə qiymətlər, tövsiyə məktubları və digər seçim meyarları da nəzərə alınır.
GMAT testində 4 əsas hissə var: kəmiyyət (Quantitative Part), şifahi (Verbal Part), kompleks əsaslandırma (Integrated Reasoning) və analitik yazı (Analytical Writing Assessment). İmtahanın müddəti 3,5 saat davam edir. Yekun bal 200-dən 800-ə qədər ola bilər.
StudyLab mərkəzində da siz GMAT imtahanının verilməsi üzrə effektiv hazırlıq kursundan keçə bilərsiniz. Fərdi məşğələlər ən üstün sayılan variantdır, belə ki, yalnız bu variantda müəllim sizinlə imtahanın ən mürəkkəb aspektlərini hərtərəfli işləyə və məşğələləri sizin üçün ən rahat rejimdə keçirə bilər.