GRE

GRE - ABŞ, Kanada, Avstraliyanın və bir sıra digər ölkələrin ali təhsil müəssisələrinə aspirantura, magistratura və ya digər diplom sonrası kurslara qəbul olmaq üçün verilməsi tələb olunan testdir.
GRE imtahanın iki növü var: ümumi test (General Test) və ixtisaslaşdırılmış test (Subject Test). General Test - riyaziyyat üzrə məktəb proqramı ilə məhdudlaşır və ingilis dili biliklərinin yoxlanılmasını əhatə edir. Materialın mənimsənilməsi üzrə fənn testləri ali təhsil müəssisəsinin 3-4 kursu ilə müqayisə edilə bilər. Proqramların əksəriyyətinə qəbul olmaq üçün yalnız General Test imtahanını vermək tələb olunur.
GRE imtahanına üç bölmə daxildir: “Verbal Reasoning”, “Quantitative Reasoning” və “Analytical Writing”.
Testin ümumi müddəti 3 saat 45 dəqiqədir. İmtahan 3 seksiyadan sonra, 10 dəqiqəlik fasilə ilə 6 seksiyanı əhatə edir. Testdən qazanılmış ballar beş il müddətində etibarlı sayılır. StudyLab mərkəzində siz GRE imtahanının verilməsi üçün intensiv hazırlıq kursunu keçə bilərsiniz. Kursu keçməzdən əvvəl, dil biliklərinin ilk səviyyəsini təyin etmək üçün GRE Diagnostic Test sınaq imtahanını keçmək lazımdır. Nəticələrdən asılı olaraq, məşğələlərin tezliyi, sayı və ev tapşırıqlarının keyfiyyəti müəyyən edilir.


QRUP MƏŞĞƏLƏLƏRİ

  • Həftədə 2 dəfə keçirilir.
  • Hər məşğələ 1,5 akademik saat olmaqla (90 dəqiqə) davam edir.
  • Kursun müddəti: 3-5 ay davam edir.

FƏRDİ MƏŞĞƏLƏLƏR

  • Məşğələlərin tezliyini özünüz seçirsiniz.
  • Tədris proqramı sizin ehtiyaclarınıza uyğun olaraq tərtib edilir.
  • Məşğələlərin vaxtını özünüz seçirsiniz.

Ödənişsiz DEMO Dərslərə Müraciət Edin:

  • Demo dərsə qatılmaqla siz kurs proqramı və Təlim-Tədris metodologiyamız ilə yaxından tanış ola bilərsiniz.
  • Müəllimlə tanış olub, onun şəxsi və peşə biliklərinə bələd olub, suallarınızı birbaşa ünvanlaya bilərsiniz.
  • Dərsə qatılaraq dərs mühitini hiss edib , təhsil mərkəzimizin rahatlığını şəxsən görə bilərsiniz.
GRE