IELTS – ingilis dilli mühitdə təhsil almağa və ya təcrübə keçməyə hazırlaşan insanların dil biliklərinin müəyyən edilməsi məqsədilə ingilis dili üzrə beynəlxalq test sistemidir. Dünyada IELTS imtahanının nəticələrini tanıyan təhsil müəssisələrinin sayı daim artır.
IELTS imtahanının iki növü mövcuddur: Academic (Akademik) və General Training (Ümumi Hazırlıq). IELTS imtahanının nəticələri iki il ərzində etibarlı sayılır.
IELTS imtahanının ümumi müddəti 2 saat 45 dəqiqə təşkil edir. İmtahan dörd bölmədən ibarətdir: Listening (Dinləmə), Reading (Oxu), Writing (Yazı), Speaking (Danışıq). Listening və
Speaking tapşırıqları hamı üçün eynidir, Reading və Writing tapşırıqları isə namizədlərin hədəflərinə uyğun olaraq seçilir. Əgər namizəd ingilis dilli ali məktəbdə təhsil almaq niyyətindədirsə, bu halda Academic, ingilis dilli ölkədə işləmək, habelə yaşamağa /immiqrasiya etməyə hazırlaşırsa, General Training variantı seçilir.
IELTS imtahanının 9 ballıq cədvəl üzrə qiymətləndirilir; bu cədvəl, ingilis dilinə yiyələnmə ilə bağlı mümkün səviyyələri əhatə edir. Qiymətləndirilmə balların yarısına qədər yuvarlaqlaşdırıla bilər. Təhsil müəssisələrinin əksəriyyəti ən azı 5.5-dən 7.0-yə qədər bal toplanmasını tələb edir. StudyLab mərkəzində siz, IELTS imtahanının uğurla verilməsi üçün zəruri olan bacarıqları hərtərəfli mənimsəməklə, imtahana hazırlıq üzrə intensiv kurs keçə bilərsiniz. Dinləyicilər hər bir məşğələdə bütün IELTS bölmələri üzərində işləməklə, imtahanın verilmə strategiyasını öyrənilər.