SAT

SAT (SAT Reasoning Test, Scholastic Aptitude Test, Scholastic Assessment Test) - ABŞ kollecləri və ali məktəblərinə daxil olmaq üçün lazım olan standartlaşdırılmış Amerika testidir. Bu test bir neçə sahədə abituriyentin biliklərini qiymətləndirmək üçün nəzərdə tutulub. Bundan əlavə, bəzi ixsisaslara daxil olmaq üçün, SAT Subject Test profil imtahanının verilməsi tələb olunur. Bəzən bu test SAT I, profilli imtahanı isə SAT II adlandırırlar. SAT ABŞ ərazisində ildə 7 dəfə, dünyanın digər ölkələrində isə ildə 4 dəfə keçirilir. Testlər oktyabr, dekabr, mart, may, həmçinin (yalnız ABŞ-da) iyun, avqust və adətən, noyabr ayının ayın birinci şənbə günü keçirilir. “College Board” özəl təşkilatı imtahanın əsas təşkilatçısı qismində çıxış edir.
Test təxminən 4,5 saat davam edir. SAT-І və SAT-ІІ imtahanları eyni gündə verilə bilməz. SAT imtahanının verilməsi üçün ən fəal dövr oktyabr-dekabr aylarıdır; çünki yanvar ayında, əsasən, ABŞ universitetlərinə sənədlərin qəbulunun son müddəti yaxınlaşır.
StudyLab mərkəzində siz SAT imtahanının verilməsi üzrə intensiv hazırlıq kursundan keçə bilərsiniz.
SAT imtahanına hazırlıq iki hissəyə bölünür (dil və riyaziyyat) və iki müxtəlif müəllim tərəfindən keçirilir.


SAT II – Subject Test


Bu imtahan əsasən seçmə sullardan tərtib olunur, tələbənin seçdiyi fənn üzrə akademik biliyinin yoxlanması üçün nəzərdə tutulmuşdur.
İmtahan müddəti 1 saatdır.
Suallar 200-800 bal arasında qiymətləndirilir.
SAT II – Subject Testdə aşağıdakı fənlər üzrə imtahan verməyiniz mümkündür:
İngilis dili , Fransız dili, Alman dili, İspan dili, İtalyan dili, Latın dili, Yapon dili, Çin dili / Tarix, Biologiya, Kimya, Fizika
SAT 2 imtahanından keçmək zəruri deyil. Bu o deməkdir ki, universitet qəbulu üçün SAT 1 imtahan nəticəsi kifayət edir. Amma qəbul zamanı rəqabət şərtləri nəzərə alındığı halda SAT 2 nəticəsinin olması üstünlük kimi qəbul edilir.
SAT imtahan nəticəsi ilə Azərbaycanda ADA universitetinə və Amerika, Türkiyə, Çin kimi ölkə universitetlərinə qəbul əldə etmək mümkündür. Qəbul üçün tələb edilən bal isə seçilən universitet və ixtisasdan asılı olaraq dəyişir.
SAT II imtahanı zamanı fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almağı unutmayın.



QRUP MƏŞĞƏLƏLƏRİ

  • Həftədə 2 dəfə keçirilir.
  • Hər məşğələ 1,5 akademik saat olmaqla (90 dəqiqə) davam edir.
  • Kursun müddəti: 3-6 ay davam edir.

FƏRDİ MƏŞĞƏLƏLƏR

  • Məşğələlərin tezliyini özünüz seçirsiniz.
  • Tədris proqramı sizin ehtiyaclarınıza uyğun olaraq tərtib edilir.
  • Məşğələlərin vaxtını özünüz seçirsiniz.

Ödənişsiz DEMO Dərslərə Müraciət Edin:

  • Demo dərsə qatılmaqla siz kurs proqramı və Təlim-Tədris metodologiyamız ilə yaxından tanış ola bilərsiniz.
  • Müəllimlə tanış olub, onun şəxsi və peşə biliklərinə bələd olub, suallarınızı birbaşa ünvanlaya bilərsiniz.
  • Dərsə qatılaraq dərs mühitini hiss edib , təhsil mərkəzimizin rahatlığını şəxsən görə bilərsiniz.
SAT