TOEFL

TOEFL — ABŞ və Kanadanın ali məktəblərinə qəbul olmaq məqsədilə, doğma dili ingilis dili olmayan əcnəbilər üçün nəzərdə tutulan və məcburi olan ingilis dili bilikləri üzrə standartlaşdırılmış testdir. TOEFL imtahanının nəticələri iki il ərzində etibarlı olur.
Hal-hazırda, TOEFL imtahanının iBT variantı (TOEFL iBT) daha çox yayılmışdır.
Dörd saatlıq test, dörd bölmədən ibarətdir: və onlardan hər biri, əsas dil bacarıqlarından birini yoxlayır. Bütün tapşırıqlar, akademik və ali təhsil mühitində istifadə edilən ingilis dili üzərində cəmləşir. TOEFL iBT imtahanı növbəti sıralama ilə yerinə yetirilir: Reading, Listening, Speaking və Writing.
StudyLab mərkəzində siz TOEFL iBT imtahanının uğurla verilməsi üçün zəruri olan bacarıqları hərtərəfli mənimsəməklə, imtahana hazırlıq üzrə intensiv kurs keçə bilərsiniz. Dinləyicilər hər bir məşğələdə TOEFL iBT imtahanının bütün bölmələri üzərində işləyərək, onun verilmə strategiyasını öyrənirlər.


QRUP MƏŞĞƏLƏLƏRİ

  • Həftədə 2 və ya 3 dəfə keçirilir.
  • Hər məşğələ 1,5 akademik saat olmaqla (90 dəqiqə) davam edir.
  • Kursun müddəti: 3-5 ay davam edir.

FƏRDİ MƏŞĞƏLƏLƏR

  • Məşğələlərin tezliyini özünüz seçirsiniz.
  • Tədris proqramı sizin ehtiyaclarınıza uyğun olaraq tərtib edilir.
  • Məşğələlərin vaxtını özünüz seçirsiniz.

Ödənişsiz DEMO Dərslərə Müraciət Edin:

  • Demo dərsə qatılmaqla siz kurs proqramı və Təlim-Tədris metodologiyamız ilə yaxından tanış ola bilərsiniz.
  • Müəllimlə tanış olub, onun şəxsi və peşə biliklərinə bələd olub, suallarınızı birbaşa ünvanlaya bilərsiniz.
  • Dərsə qatılaraq dərs mühitini hiss edib , təhsil mərkəzimizin rahatlığını şəxsən görə bilərsiniz.
TOEFL