TÖMER (Türk dili haqqında sertifikat), Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr və magistratura namizədinin keçməli olduğu dil imtahanıdır. İmtahan xarici tələbələrin Türkcə dil biliyini yoxlayır. Bakalavr səviyyəsində universitetlər bu imtahanı əsasən qeydiyyatdan sonra tətbiq edir və tələbə birbaşa olaraq dərsə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində isə əsasən müraciət tarixində TÖMER sertifikatı tələb olunur.
İmtahan ödənişi: 80$ təşkil edir. Türkiyə Respublikası tərəfindən təşkil edilir.
Universitetlər 2 ildən sonra Türk dili sertifikatlarının yenilənməsini tələb edirlər.
TÖMER/TYS Türkiyədə aşağıdakı kataqoriyaya aid olan hər kəsə lazımdır.
Attestatla bakalavr təhsili almaq istəyənlərə
YÖS-lə bakalavr təhsili almaq istəyənlərə
Magistr təhsili almaq istəyənlərə
Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə
Doktorantura oxumaq istəyənlərə
Qeyd 1: Hər iki tərəfdə TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMƏR üzrə hazırlıq oxumalıdır.
Qeyd 2: YÖS-lə qəbul aparan universitetlərdə TÖMER və ya TYS balları 65-70-dən başlayır.
Attestatla qəbul aparılan universitetlərdə keçid balları 55-60-dan başlayır.
Qeyd 3: Türkçe Yeterlilik Sınavı zamanı sizin biliyiniz 6 səviyyədə qiymətləndirilir.
A1 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)
A2 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)
B1 – Başarılı – (Bu nəticəni bəzi universitetlər qəbul edir)
B2 – Başarılı – (Bu nəticəni bir çox universitetlər qəbul edir)
C1 – Başarılı – (Bu nəticəni demək olar ki 95% universitetlər qəbul edir)