Türk dilini xarici dil və ya ana dil kimi öyrənən şəxslərin dil biliklərinin müəyyənləşdirilməsi üçün Yunus Emre İnstitutu tərəfindən həyata keçirilir. Türkcə Yetərlik İmtahanı, türkcə dil biliklərinizi ölçən və sənədləşdirən beynəlxalq miqyasda tətbiq olunan bir imtahandır.
Müvəffəqiyyətli olduğunuz təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad ola bilər; bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə bilər və akademik karyera məqsədiniz üçün istifadə edə bilərsiniz.
Beynəlxalq standartlara uyğun olaraq hazırlanan Türkcə Yetərlik İmtahanı "Oxuma, Dinləmə, Yazma və Danışma (müstəqil və qarşılıqlı söhbət)” mərhələlərindən ibarətdir. Oxuma, dinləmə, yazma və danışma bacarığının ölçüldüyü imtahanda müvəffəqiyyət əldə edən namizədlərə Türkcə Yeterlik Sertifikatı verilir.
TYİ müddəti; oxuma 60, dinləmə 45, yazma 60, müstəqil danışma 5, qarşılıqlı danışma 10 olmaqla toplam 180 dəqiqədir.
Bu imtahanın qiyməti 70 dollardır.