YÖS «Yabancı Uyruklu Öğrenci Sınavı »

YÖS ( Yabancı Öğrenci Sınavı ) imtahanı Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır .YÖS imtahan balı ilə siz Türkiyənin həm özəl, həm dövlət olmaqla 150-dən çox universitetinə asanlıqla qəbul ola bilərsiniz. Bu imtahan Türkiyədə sırf bakalavr təhsili üçündür. Hər universitet üçün YÖS imtahanı tarixləri fərqlidir.
YÖS imtahanı 2 hissədən ibarət olur:
Məntiq və Riyaziyyat
Türk dili
Məntiq və Riyaziyyat bölməsindən : 45 sual məntiq, 35 sual riyaziyyat olmaqla, tələbəyə verilən zaman 90 dəqiqədir. YÖS imtahanında yığa biləcəyiniz maksimum nəticə 100 baldır.
İmtahan nəticəsi 2 il müddətində, bəzi universitetlərə görə isə 1 il müddətində etibarlıdır.
Bu imtahanı hər universitet özü təşkil edir. İmtahan ödənişini universitetlər özləri təyin edirlər. Bu ödəniş 50-150 $ arasında dəyişir. Bəzi universitetlər Almaniya, Azərbaycan və bir sıra digər ölkələrdə bu imtahanı keçirməkdədir.


QRUP MƏŞĞƏLƏLƏRİ

  • Həftədə 2 və ya 3 dəfə keçirilir.
  • Hər məşğələ 1,5 akademik saat olmaqla (90 dəqiqə) davam edir.
  • Kursun müddəti: 3-6 ay davam edir.

FƏRDİ MƏŞĞƏLƏLƏR

  • Məşğələlərin tezliyini özünüz seçirsiniz.
  • Tədris proqramı sizin ehtiyaclarınıza uyğun olaraq tərtib edilir.
  • Məşğələlərin vaxtını özünüz seçirsiniz.

Ödənişsiz DEMO Dərslərə Müraciət Edin:

  • Demo dərsə qatılmaqla siz kurs proqramı və Təlim-Tədris metodologiyamız ilə yaxından tanış ola bilərsiniz.
  • Müəllimlə tanış olub, onun şəxsi və peşə biliklərinə bələd olub, suallarınızı birbaşa ünvanlaya bilərsiniz.
  • Dərsə qatılaraq dərs mühitini hiss edib , təhsil mərkəzimizin rahatlığını şəxsən görə bilərsiniz.
YÖS «Yabancı Uyruklu Öğrenci Sınavı »