İşçi qüvvəsinin idarə edilməsi (WFM) - şirkətin işçilərinin iş vaxtını planlaşdırma prosesi Əlaqə mərkəzinin işini optimallaşdırmaq üçün təməl daşlardan biridir. İş yükünün proqnozlaşdırılması və planlaşdırma hesablamalarını yerinə yetirən ayrı bir proses olaraq, WFM əlaqə mərkəzi rəhbərləri üçün əvəzolunmazdır.
Kurs, ƏM-də İşçi qüvvəsinin İdarə Olunması (WFM) prosesinin təşkili və dəstəklənməsi ilə məşğul olan Əlaqə Mərkəzlərinin nümayəndələri üçün nəzərdə tutulmuşdur: Planlaşdırma şöbələrinin rəhbərləri Planlaşdırıcılar Analitiklər Komanda Liderləri və s.
Təlim 3 günlük, müxtəlif çeşidli interaktiv metodları özündə cəmləşdirən (rol oyunları, qrup çalışmaları, testlər, təlim çarxları, debatlar və s) intensiv təlim proqramından ibarətdir. Təlim zamanı iştirakçılar bu sahədəki real vəziyyəti təhlil edir, mövcud bacarıq və təcrübələrini nümayiş etdirir, yeni bilik və onların tətbiq üsullarını əldə edirlər.