İşçi qüvvəsinin idarə edilməsi (WFM) - şirkətin işçilərinin iş vaxtını planlaşdırma və əlaqə mərkəzinin işini optimallaşdırmaq üçün nəzərdə tutulub. İş yükünün proqnozlaşdırılması və planlaşdırma hesablamalarını yerinə yetirən ayrı bir proses olaraq, WFM əlaqə mərkəzi rəhbərləri üçün əvəzolunmazdır.
Kurs - əlaqə mərkəzində işçi qüvvəsinin idarə olunması (WFM) prosesinin təşkili və dəstəklənməsi ilə məşğul olan nümayəndələr üçün nəzərdə tutulmuşdur. Planlaşdırma şöbələrinin rəhbərləri, planlaşdırıcılar, analitiklər, komanda liderləri və s.
Təlim 3 günlük, müxtəlif çeşidli interaktiv metodları özündə cəmləşdirən (rol oyunları, qrup çalışmaları, testlər, təlim çarxları, debatlar və s) intensiv təlim proqramından ibarətdir. Təlim zamanı iştirakçılar bu sahədəki real vəziyyəti təhlil edir, mövcud bacarıq və təcrübələrini nümayiş etdirir, yeni bilik və onların tətbiq üsullarını əldə edirlər.