Təcrübə Proqramları

İşgüzar Nümayəndəlik Ziyarətləri və Biznes-Təcrübələr

Çağdaş dünyamızda rəhbər şəxslər və iş adamlarının inkişafı çox iti, dinamik surətdə baş verir. Mövcud biznes mühiti, davamlı olaraq qarşımıza yeni-yeni tələblər qoyur, bizdən cəldlik, çevik düşüncə tərzi, habelə, vacib qərarların qəbulu ilə bağlı cəsarət nümayiş etdirməyi tələb edir.

Şirkətimiz tərəfindən Avropa və Asiya ölkələrinə təşkil edilən “VIP” səviyyəli səfərlər yeni və faydalı işgüzar əlaqələr qazanmaq, beynəlxalq miqyasda peşəkar cəmiyyətin bir hissəsinə çevrilmək, peşəkar dünyagörüşünü genişləndirmək, mövcud sosial və maliyyə durumunu yüksəltmək imkanı deməkdir.

Təklif etdiyimiz səfərlər seçilmiş fəaliyyət profilinin praktik xüsusiyyətləri ilə tanış olmağa, uğura imza atmış xarici şirkətlərdə fəaliyyət proseslərinin necə həyata keçirildiyini daha dərindən öyrənməyə, xarici həmkarların təcrübəsini mənimsəməyə, bir sıra zəruri universal bacarıqları əldə etməyə kömək edir.

service_img

Xidmətimizin əsas üstünlükləri:

  • Bir neçə səfər proqramı variantını əhatə edən, eksklüziv olaraq işlənib hazırlanmış unikal konsepsiya;
  • Sürəkliyi 1 gündən 10 günə qədər davam edən, hərtərəfli planlaşdırılmış proqram;
  • Uğurlu korporativ mədəniyyətinin formalaşdırılması üçün qabaqcıl təcrübə;
  • Beynəlxalq biznes-mühitə dərindən inteqrasiya, Avropa və Asiyanın daha vacib sənaye tədbirlərində iştirak;
  • Uğurlu liderlər və iş adamları, dünyanın ən aparıcı şirkətlərində (Volkswagen, BASF, Mercedes Benz, Siemens, TÜV Nord, Vallourec, Daimler, BMW, AGCO Corporation, Commerzbank, Philips, Airbus, Hermes Logistic, Heimbach Fabrics, Bright Diary Milk və s.) çalışan peşəkar ekspertlər və menecerlər ilə görüşlər.
Təcrübə proqramları