Danışıqlar Aparmaq Bacarığı

Danışıqlar Aparmaq Bacarığı

Şəxslərarası, qruplararası və struktur münaqişələr uzun müddət davam edən problemlərin danışıqlar yolu ilə həlli üçün daha effektiv alətlərin zəruriliyini göstərir. Bu səbəbdən, rəhbərlər, supervayzerlər və müştərilərə dəstək xidmətinin əməkdaşları, danışıqların aparılması ilə bağlı vacib prinsiplər, proseslər və metodlar ilə tanış olmalıdırlar.
 

Təlimin auditoriyası

Təlim müəllimlərə, ictimai işçilərə, menecerlərə, idarəçilərə, danışıq aparılma üzrə təlim - mütəxəssislərə faydalı ola bilər.

Bu kurs iki günlük təlim vasitəsilə təqdim edilir və iki əsas elementdən ibarətdir: 1. Təlim - kursun müəllimi tərəfindən materialların təqdim edilməsi. 2. Təcrübə - MTA təlim vasitələrindən istifadə edərək testlər, praktiki nümunələr, qrup oyunları.

Modul 1
Konfliktlərin idarə edilməsi
Modul 2
Danışıqlara hazırlıq
Modul 3
Danışıqlarda iştirak
Modul 4
Danışıqları yekunlaşdırmaq və əldə edilmiş razılaşmalar haqqında məlumat vermək
Modul 5
Danışıqlar prosesinin qiymətləndirilməsi
Modul 6
Nəticə