Venera Mehdiyeva ilk öncə 1994-1998-ci illərdə Bakıda yerləşən Xarici Dillər İnstitutunun ingilis-alman fakültəsində İngilis dili və ədəbiyyatı sahəsi üzrə Bakalavr dərəcəsini oxumuş, daha sonra E. Muskie Təqaüd Proqramı çərçivəsində 2002-2004-cü illərdə Amerika Birləşmiş Ştatlarının Vermont ştatında yerləşən Beynəlxalq Təlim İnstitutunda (School for İnternational Training) Beynəlxalq Təhsil sahəsində Magistr dərəcəsini almışdır. V. Mehdiyevanın beynəlxalq mühitdə iş təcrübəsi iyirmi ildən artıq müddəti əhatə edir və UMCOR (Birləşmiş Metodistlərin Yardım Komitəsi), Mercy Corps, Peace Corps, BMT-nın Uşaq Fondu kimi beynəlxalq təşkilatları əhatə edir.
Bu müddətlərdə o peşəkar tərcüməçilik fəaliyyəti ilə yanaşı xaricdə təhsil işinə olan marağını nümayiş etdirmişdir. ABŞ-da ikən Azərbaycan və ABŞ arasında gənclər üçün beynəlxalq mübadilə layihəsini akademik işinin bir hissəsi olaraq hazırlamış və təqdimatını etmişdir. ABŞ-da olan təhsil sisteminin Azərbaycan təhsil sistemindən fərqinə və üstünlüklərinə dair məqalə təqdim etmiş və interaktiv öyrənmə metodunun təhsilin inkişafında önəmli rol oynadığını nəzərə çatdırmışdır.
V.Mehdiyeva özünün ABŞ təhsili əsasında ona müraciət edən gənclərin xaricdə təhsil almaq barədə suallarını daima cavablandırmış və onların xaricdə təhsilini dəstəkləməyi özünün bir könüllü işi kimi qəbul etmişdir. Onun köməyi sahəsində müraciət edən gənclər xaricdə arzu etdikləri təhsil müəssisələrinə qəbul olmuş və peşəkar zirvələrə çatmışlar. V. Mehdiyeva ingilis dilinin tədrisi sahəsində də təcrübəyə malik olub beynəlxalq TESOL Sertifikatına malikdir. İngilis dilində danışıq dərslərini keçmək məqsədilə ötən il ABŞ-nın Manhattan Kollecinin Yay Tədris Proqramı çərçivəsində İtaliyanın orta məktəb şagirdlərinə ingilis dilində danışıq kursunu tədris etmişdir.
Hazırda StudyLab Təhsil və İnkişaf Mərkəzində V. Mehdiyeva xaricdə təhsil layihəsinin rəhbəri olaraq fəaliyyət göstərir.
- StudyLab Təhsil və İnkişaf Mərkəzi xaricdə təhsillə bağlı hansı imkanları təqdim edir?
-Sözsüz ki, təhsil sahəsində çalışan StudyLab Mərkəzinin fəaliyyətində əsas istiqamətlərdən biri məhz xaricdə təhsil sahəsidir. Tədris mərkəzimiz tərəfindən bu istiqamətdə dünyanın müxtəlif ölkələrində (ABŞ, Kanada, Böyük Britaniya, Avropa ölkələri, Türkiyə və s.) universitetlərində bakalavr, magistr, doktorantura, təcrübə proqramları və xaricdə dul kursları təqdim olunur. Bildiyiniz kimi, əslində ölkəmizdə gənclərimizin xaricdə təhsili ilə bağlı bir çox şirkətlər və tədris mərkəzləri fəaliyyət göstərir. Bu şirkətlərin sayının əslində çox olmasına baxmayaraq, gənclərimizin xaricdə təhsil müraciətləri ildən ilə çoxalır və gənclərimiz arzu etdikləri təhsil müəssisəsinə daxil olmaq üçün daima daha keyfiyyətli, peşəkar və etibarlı mərkəz axtarışındadırlar.
StudyLab Təhsil və İnkişaf Mərkəzi gənclərimizin bu tələbatını ödəmək və onların xaricdə təhsil müəssisəsinə tam qəbulunu təmin etmək məqsədilə qarşısına fərqli yanaşma qoymuşdur.
Bir çox mərkəzlər tələbənin yalnız sənədlərini hazırlayıb xaricdəki təhsil müəssisəsinə göndərdiyi halda, bizim mərkəz tələbələri bu təhsilə yetişdirmək və hazırlamaq məqsədini qarşıya qoyaraq təkcə son siniflərdə təhsil alan şagirdlərin deyil, daha aşağı siniflərdən şagird qəbuluna başlayaraq xaricdə tələb olunan SAT imtahanına hazırlıq kursunun tətbiqinə başlamışdır. Bəs bu çox hallanan SAT imtahanı nə deməkdir? SAT ABŞ-nın kollec qəbulunda geniş istifadə olunan standartlaşmış imtahandır və tələbələrin xaricdəki universitetlərə və kolleclərə bakalavr proqramlarına qəbul olunması məqsədi üçün tələb olunur. Hazırda bu imtahan balı ABŞ-dan əlavə, Birləşmiş Krallıq, Avstraliya, Kanada, Sinqapur və Avropanın bır sıra ölkələrində ali təhsil müəssisələrinə qəbul üçün də tələb olunur.
Azərbaycanda ingilis dilində təhsili təmin edən xarici məktəblərdə bu imtahan barədə şagirdlər nə qədər məlumatlı olsalar da, yerli məktəblərimizdə bu imtahan barədə şagirdlər arasında məlumat səviyyəsi demək olar ki, yox dərəcəsindədir. Bu məqsədlə SAT imtahanları barədə məlumatlandırmanı təmin etmək üçün StudyLab Mərkəzi xarici məktəblərlə yanaşı, yerli məktəblərimizin də şagirdlərini SAT hazırlıq kursunu keçməyə dəvət edir. Bu kursda şagirdlərimiz bu imtahanın məqsədi və əsas hissələri barədə giriş kursunu, eləcə də, hər hissə üzrə tədris proqramından keçir və praktiki testlərlə SAT imtahanına hazırlaşırlar.
Lakin Mərkəzimiz təkcə SAT imtahanını və bu imtahana hazırlıq kursundan ibarət deyildir. Biz eləcə də, xaricdə təhsil üçün tələb olunan İELTS, TOEFL, GRE, GMAT, YÖS, TYS (Turkiyədə ali təhsilə qəbul imtahanları) və digər imtahanlara hazırlıq və tədris imkanlarını təklif edirik.
- Nəzdinizdə fəaliyyət göstərməyə başlamış StudyLab Tələbə Dəstək Mərkəzi yəqin ki gənclərin xaricdə təhsilinə hazırlığı məqsədilə yaradılmışdır, eləmi?
-Bəli özüdür ki var. StudyLab Təhsil və İnkişaf Mərkəzimiz nəzdində təsis etdiyimiz Tələbə Dəstək Mərkəzinin peşəkar heyəti gənclərimizi xaricdə təhsillə bağlı akademik səviyyədə yetişdirmək məqsədini güdür və onların xaricdə tələb olunan imtahanlara hazırlaşmaları və digər qəbul meyarları barədə akademik potensiala malik olmalarını təmin edəcək. Bildiyiniz kimi, ali təhsil müəssisələrimizi bitirən məzunlarımız xaricdə arzu etdikləri təhsil müəssisəsinə qəbul olmaq istərkən bir çox problemlərlə rastlaşırlar. Təhsil sahəsində bir çox qabaqcıl islahatların həyata keçirilməsinə baxmayaraq, tələbələrimiz və məzunlarımız xaricdəki təhsilin təmin etdiyi bir çox praktiki vərdişlərə malik olmurlar və ingilis və digər xarici dillərdə praktiki danışıq dili və özünü ifadə/təqdim etmə (prezentasiya), tərcümeyi halın və qəbul üçün inşaların (essay) yazılması kimi praktiki vərdişləri tətbiq etməkdə çətinlik çəkirlər. Bu məqsədlə gənclərimiz kömək məqsədilə bu xidmətləri ayrı ayrılıqla göstərən tədris mərkəzlərinə üz tuturlar ki, bu da həm xeyli vaxt və vəsait itkisinə səbəb olur. Bir çoxları isə sadəcə bu xidmətləri göstərmək adı ilə keyfiyyət təmin etməyən tədris mərkəzlərinin hədəfinə çevrilirlər.
Bütün bu çətinliklərin qarşısını almaq və gənclərimizə bir ümid yerini təmin etmək məqsədilə, Tələbə Dəstək Mərkəzini təsis etməyi qərara aldıq. Bu o deməkdir ki, tələbə həmin praktiki vərdişləri inkişaf etdirmək imkanını bizdə görür, və mərkəzimizi tərk etmədən xaricdə təhsilin bütün aspektləri və tələbləri, eləcə də, imkanları barədə məlumatla təmin olunur.
Mərkəzimizdə bu məqsədlə aşağıdakı xidmətlər göstəriləcək: tələbənin hazırlığı istiqamətində xaricdə təhsil sistemi, xaricdə təhsilin qəbul olunan qayda və tələbləri barədə məlumatlandırma və informasiya sessiyaları, xaricdəki universitet və kolleclərə qəbulla bağlı məsləhətləşmələr və təkliflər, tələbələrimizin çox maraqlandıqları təqaüd proqramları, habelə, ixtisas və universitet seçimində dəstək, qəbuldan sonra gedəcəkləri ölkənin özü və təhsil sistemi, mədəniyyəti və sosial-iqtisadi sistemi barədə orientasiya (tanışlıq) sessiyası, təyinat ölkəsinə çatdıqdan sonra tələbənin yerləşməsi və hər hansı müraciətinə görə daima tələbənin yanında olmasını təmin edəcək.
Mərkəzimiz əlbəttə ki, tələbə üçün viza dəstəyini də təmin edəcək və zəruri viza sənədlərinin hazırlanması, ehtiyac olduğu halda vizaya dəstək məktubunu müvafiq Konsulluq idarəsinə təqdim edəcəkdir. Tələbə Dəstək Mərkəzi tələbəni yola saldıqdan sonra da tələbə və onun valideyni ilə sıx təmasını davam etdirəcək və tələbənin etdiyi hər hansı müraciətlərlə əlaqədar ona öz dəstəyini təmin edəcəkdir.
Bundan əlavə, xaricdə təhsilə qəbul prosesində peşəkar heyətimiz tərəfindən gənclərimizə dil baxımından da dəstək göstərmək məqsədilə İngilis dilində danışıq kursları, həmçinin qəbul müsahibələrinə hazırlaşmaları üçün oyun müsahibələri (mock interviews), özünü təqdim etmə (prezentasiya), liderlik bacarıqları, tərcümeyi halın (CV) və akademik inşaların yazılmasında təlimlər və bu kimi digər akademik potensialın gücləndirilməsi xidmətləri həyata keçiriləcəkdir. Belə təlimləri həyata keçirməkdə özüm birbaşa təlimçi rolunu oynayacağam.
Tələbə Dəstək Mərkəzimiz haqqında daha ətraflı məlumat əldə etmək üçün maraqlananlar bizim internet səhifəsinə daxil ola və xaricdə təhsilə dair onlayn sorğu formasını doldura bilərlər. Sorğularda verilən məlumatlar və tələbənin əlaqə koordinatları əsasında onunla əlaqə saxlanılacaq və tələbə lazımi məlumatlarla və dəstəklə istiqamətləndiriləcəkdir. Maraqlananlar eləcə də ofis nömrələrəmiz vasitəsilə bizimlə birbaşa əlaqə saxlaya və lazımi məlumatları ala bilərlər. Mərkəzimin qapıları hər kəsin üzünə açıqdır və istənilən zaman buyurub apardığımız xaricdə təhsil xidməti ilə yaxından tanış ola bilərlər.
- Tələbə vətəninə qayıtdıqdan sonra onunla əlaqə saxlayırsınızmı?
-Əslində Tələbə Dəstək Mərkəzimin əsas məqsədlərindən biri həmçinin tələbənin xaricdə təhsil müəssisəsindən qayıtdıqdan sonra onları bizimlə bir peşəkar məzun şəbəkəsi qurmağa təşviq etməkdir. Bununla, Mərkəzimiz məzun şəbəkəsi platformasını təmin etməklə, xaricdə təhsil almış məzunlarımızın gördükləri, keçirdikləri həyati və akademik təcrübələrini xaricdə oxumaq istəyən tələbələrimizlə bölüşməsinə və bununla perspektiv tələbələrimiz üçün bir növ məlumat mənbəyi və akademik dəstək rolunu təmin edəcəklər. Məzunlarımın uğur hekayələri internet səhifəmizdə işıqlandırılacaq və onlar müxtəlif layihələrə cəlb olunmaq imkanına malik olacaqlar.
- Gənclərimizin xaricdə təhsilə qəbulunda söz açdığınız hazırlıq barədə danışarkən, bu məqsədlə sizin təqdim etmək istədiyiniz Foundation Proqramı barədə də eşitmək istərdik.
Foundation Proqramı barədə danışmağa başlamazdan öncə bu proqramın mənasını açıqlamaq istərdik. Foundation proqramı xarici tələbələrə təhsil alacaqları ölkənin təhsil sisteminə uyğunlaşmaları, xarici dil biliyinin səviyyəsini təkmilləşdirmələri və əlavə akademik bacarıqları əldə etmələrinə yardım etmək məqsədilə hazırlanmış universitetə hazırlıq proqramıdır.
Bildiyiniz kimi, Azərbaycanın orta məktəb təhsil pilləsi 11 illik olduğu halda, dünyanın bir çox ölkələrində bu təhsil 12 və hətta 13 illikdir və və bu bizim məzunların xaricdəki təhsil müəssisələrinə qəbulunda müəyyən çətinliklər yaradır. Buna görə ilk olaraq Birləşmiş Krallığın məhsulu olan bu proqram xarici tələbənin öz yerli kvalifikasiya səviyyəsi və xaricdəki təhsilə qəbulunun tələb etdiyi bilik səviyyəsi arasında boşluğun doldurulması məqsədilə yaradılmışdır.
Bu məqsədlə StudyLab Mərkəzi rəsmi sertifikatlaşdırımış Foundation Proqramını təqdim və tətbiq etməyə çox qürur duyur.
Proqram müəyyən olunmuş standartlar və təlimatlar əsasında icra olunmaqla tələbələrimizin Birləşmiş Krallıqda yerləşən universitetlərində təhsil almaları üçün bütün tələblərə cavab verməsini təmin edəcək. Proqramı başa vurduqdan sonra tələbə İngiltərədə bakalavr və ya magistr pilləsində oxumaq şansını əldə edəcək.
Proqramın digər üstün cəhəti ondan ibarətdir ki, tələbə Foundation Proqramında iştirak etmək üçün Birləşmiş Krallığa getməli və əlavə vəsait sərf etməli olmur. Bu proqram çərçivəsində Proqram mütəxəssisləri bizim tədriz mərkəzimin bu sahədə çalışan peşəkarlarına proqramın mərhələləri və keçirilməsi barədə təlimat kursu keçəcək və tədris proqramı Proqramla müəyyən olunmuş standartlara uyğun olaraq kiçik qruplar şəklində keçiriləcək.
Proqramın müddəti bir ildir və proqramı başa vurduqdan və tələb olunan akademik bilik və səviyyələr üzrə lazımi balı topladıqdan və bu barədə sertifikatla təltif olunduqdan sonra tələbənin Birləşmiş Krallıqda yerləşən təhsil müəssisəsinə qəbulu tam təmin ediləcəkdir. Bu Foundation Proqramının fikrimcə ən üstün cəhətidir. Proqramın iştirakçısı olmaq üçün 9, 10 və 11-ci sinif şagirdlərini qəbul edəcəyik və qəbul üçün ingilis dilini orta (intermediate) səviyyədə bilmək tələb olunur. Son olaraq bildirim ki, bu proqramı bitirməklə tələbə başqa sözlə desək İngiltərənin sanki elmi dərəcəsini əldə etmiş olacaq ki, bu da onun sonrakı akademik və peşəkar həyatında mühüm rol oynayacaq.
- StudyLab Təhsil və İnkişaf Mərkəzi gələcəkdə özünü necə görür?
-Söylədiyim kimi, StudyLab Mərkəzi innovasiya yönümlü bir təhsil mərkəzi olmaqla, gənclərimizi müasir dünyanın tələblərinə hazırlamaq məqsədini güdür. Hazırda dünyanın bir çox ölkələrində yüzlərlə, minlərlə Azərbaycanlı gənc təhsil alır. Onlar ya öz ağlı, fərasəti, biliyi, yaxud müəyyən tədris mərkəzlərinin köməyi ilə xaricdə təhsil imkanını qazanan insanlardır. Şübhəsiz onların əksəriyyəti təyinat ölkəsinə çatdıqdan və akademik təhsilə başladıqdan sonra duymadıqları və təcrübədən keçirməkdikləri akademik tələblər və çətinliklərlə qarşılaşırlar.
Missiyamız gənclərə burda olarkən tək xaricdə təhsil seçimi və təyinatı ilə deyil, onların daha dərin vərdişlərə yiyələnməsini – başqa sözlə desək, xarici təhsil müəssisəində tələb olunan akademik potensial məqsədilə yetişdirilməsini nəzərdə tutur. Ona görə, özümüzü gələcəkdə tək tələbəyə xidmət göstərən Mərkəz kimi deyil, onun ömürlük bələdçisi qismində görürük.
Şirkətin təqdim etdiyi qabaqcıl xidmətlər barədə geniş məlumatı şirkətin rəsmi internet saytından www.studylab.az əldə etmək mümkündür.
Həmçinin, bu xidmətlərdən yararlanmaq istəyən hər kəs “StudyLab”a (ünvan: Bakı şəhəri, Tbilisi pr-ti 36 A; Tel: (+99470) 630 96 26, (+994) 77 426 96, (+99412) 530 96 26 info@studylab.az müraciət edə bilər.
Venera Mehdiyeva
StudyLab Təhsil və İnkişaf Mərkəzinin Xaricdə Təhsil üzrə Rəhbəri
StudyLab Təhsil və İnkişaf Mərkəzi Türkiyədə təhsillə bağlı hansı imkanları təqdim edir
“StudyLab” Təhsil və İnkişaf Mərkəzi hansı imkanları təqdim edir?
Pulsuz seminar üçün qeydiyyatdan keçin və uğurla Akademik IELTS imtahanı verin.
Ödənişsiz sınaq imtahanları üçün qeydiyyatdan keçin.
Seminar üçün qeydiyyatdan keçib seçim etdiyiniz/seçdiyiniz universitetə daxil olun. Motivasiya/həvəsləndirici məktub xarici universitetə daxil olarkən əsas sənədlərdən biridir.