StudyLab Tələbə Dəstək Mərkəzi Azərbaycan tələbələrinin Türkiyədə ali təhsil alması üçün geniş imkanlar yaradır

Türkiyədə ali təhsil sistemi son bir neçə onillikdə həm keyfiyyət, həm də kəmiyyət baxımından əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu gün Türkiyə universitetləri beynəlxalq tələbələr üçün ən müxtəlif ixtisaslar və seçimlər təklif edir. Azərbaycanlı tələbələrin təhsil üçün ən çox üz tutduqları ölkələr Böyük Britaniya, Almaniya, Rusiya, Türkiyə, Kanada və sairədir. Türkiyə bu siyahıda birinci yerdədir. Həm dilinin anlaşılmağına, həm coğrafi cəhətdən yaxınlığına, həm də təhsil üstünlüklərinə görə Türkiyə həqiqətən ali təhsil üçün çox əlverişli seçim və məkandır. Bildiyimiz kimi, Avropa Birliyinin üzvü olmayan Türkiyə, təhsil keyfiyyətinə və səviyyəsinə görə dünyada top onluqdadır. Xüsusilə qeyd edək ki, Türkiyə tibb sahəsində təhsilə görə dünyada 4-cü yerdədir. Türkiyədə təhsil ,türk dili və mədəniyyətinin Azərbaycan dilinə yaxın olması Azərbaycanlı tələbələri özünə cəlb edir. Dövlət universtitlərində illik təhsil haqqı Avropa ölkərindəki universitetlərlə müqayisədə çox münasibdir. Hər il yüzlərlə vətəndaşımız Türkiyədə təhsil üçün müraciət edir.

“StudyLab” Təhsil və İnkişaf Mərkəzi Türkiyədə aşağıdakı təhsil imkanlarını təqdim edir.

Qəbul şərtlərinin asan olması Türkiyənin dövlət/özəl universitetlərinə bakalavr pilləsində attestatla (imtahansız) və ya TQDK balı ilə magistr və doktorantura pillələrində bakalavr diplomu ilə qəbul olunmaq imkanını təqdim edirik.
Türkiyədə sadəcə attestatla təhsil almaq çox insanın arzusudur. Zəngin ixtisas seçiminə malik olan universitetlərdə illik təhsil haqqı 250-600 ABŞ dolları civarında dəyişir. Peşəkar kollektivimiz Sizi maraqlandıran istənilən suallarınızı cavablandıracaq və istədiyiniz universitet seçimində sizə yaxından dəstək olacaq.

Bakalavr təhsilini bitirən hər bir tələbə akademik nəticələrindən asılı olaraq Türkiyədə Magistr təhsili üçün müraciət edə bilər. Magistr təhsil pilləsinə imtahanlı və imtahansız qəbul aparılır ki, bu universitetlərin siyahısını StudyLab ofisinə müraciət etməklə əldə etmək olar.

Əməkdaşlıq etdiyimiz ali təhsil müəssisələri sırasına Yeditepe, Koç, Sabancı, İstanbul, Marmara, Akdeniz, Hacettepe, Boğaziçi, On Dokus Mayıs, Aksaray, Anadolu, Sakarya və sairə kimi dövlət və özəl universitetlərə daxil olmaq imkanı təklif edir . Bu universitetlərdə Bakalavr, Magistr və Doktorantura pillələri üzrə ali təhsil almaq imkanı əldə etmək mümkündür.

Türkiyədə tələbələrin yaşayış xərcləri Avropa ölkələri ilə müqayisədə dəfələrlə aşağıdır. Çoxlu sayda tələbə yataqxanalarının və kampus ərazisindən kənarda yaşayış yerlərinin mövcudluğu tələbələrə qalma baxımından müxtəlif seçim imkanları yaradır.

Dil baxımından çətinliyin olmaması, dil bənzərliyi Türkiyə universitetlərində oxuyan azərbaycanlı tələbələr üçün həm təhsildə, həm də gündəlik həyatda üstünlüklər yaradır.

Əgər Türkiyəni akademik təhsiliniz üçün lazımi məkan hesab edərək müraciətlərinizin düzgün aparılması arzusundasınızsa, işinizi peşəkar StudyLab komandasına həvalə edin.

 

“StudyLab Tələbə Dəstək Mərkəzi” Esmira Eyvazlı

 

Şirkətin təqdim etdiyi qabaqcıl xidmətlər barədə geniş məlumatı şirkətin rəsmi internet saytından www.studylab.az əldə etmək mümkündür.

Həmçinin, bu xidmətlərdən yararlanmaq istəyən hər kəs “StudyLab”a (ünvan: Bakı şəhəri,Tbilisi pr-ti 36 A; Tel: (+99470) 630 96 26, (+99412) 530 96 26 [email protected] müraciət edə bilər.